Papayla mübahisə etdi

Papayla mübahisə etdi
  16 Mart 2013    Oxunub:1722
Devid Kameron Papanın Folklend adaları ilə bağlı açıqlamalarını sərt tənqid edib.
Yeni, Argentina mənşəli papa Frensisk 2010-cu ildə Buenos-Ayres arxiyepskopu olarkən Folklend adalarının Argentinaya məxsus olduğunu bildirib və britaniyalıları işğalçı adlandırıb.

İngiltərə mətbuatının verdiyi məlumata görə, baş nazir martın əvvəllərində Folklend adalarında keçirilən referendumda ada əhalisinin Böyük Britaniyanın tərkibində qalmağa səs verdiyini xatırladıb.

«Bu adaların əhalisi öz gələcəyini aydın şəkildə seçib. Hamı onların seçiminə hörmət etməlidir. Mən yeni Roma Papasının məlum çıxışı ilə razı deyiləm», deyə Kemeron bildirib.


Teqlər:  





Xəbər lenti