Prezident sevgilisindən yazanı məhkəməyə verir – FOTOLAR

Prezident sevgilisindən yazanı məhkəməyə verir – FOTOLAR
  10 Yanvar 2014    Oxunub:2658
Fransa prezidenti Fransua Olland onun aktrisa Juli Qaye ilə gizli eşq macərası yaşadığını yazan “Closer” dərgisini məhkəməyə verəcək.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, “Closer” jurnalının cümə buraxılışında prezident Fransua Ollandla aktrisa Juli Qayenin eşq macərası yaşadıqları fotoşəkillərlə bir yerdə oxuculara təqdim olunub. Məsələyə münasibət bildirən Olland bunu “şəxsi həyata müdaxilə” kimi dəyərləndirib. Bununla belə, o, eşq macərası barədə yayılan xəbərləri inkar etməyib.

Prezidentlə münasibətlərdə adı hallanan 41 yaşlı Juli Qaye 50-dən artıq filmdə çəkilib və hazırda televiziya aparıcısı kimi fəaliyyət göstərir.

“Closer” jurnalının yaydığı materialda 59 yaşlı prezidentin tez-tez aktrisanın Yelisey sarayının yaxınlığındakı mənzilində gecələdiyi deyilir.

Xatırladaq ki, Fransanın sosialist prezidenti 2007-ci ildən jurnalist Valeri Trierveylerlə vətəndaş nigahında yaşayır. Bundan öncə isə Olland 30 il siyasətçi qadın, prezidentliyə keçmiş namizəd Seqolen Ruayal ilə evli olub. Cütlüyün bu nigahdan 4 övladı var. Zamanında cütlüyün boşanmasına səbəb Ollandın Trierveylerlə münasibətlərdə olması xəbərinin yayılması olub.

Vüqar

Qalereya




Teqlər:





Xəbər lenti