Qazax alimi “minilliyin problemini” həll etdi

Qazax alimi “minilliyin problemini” həll etdi
  10 Yanvar 2014    Oxunub:2732
Riyaziyyatın ən çətin məsələlərindən birini qazax alimi Muxtarbəy Otelbayev həll edib.
Avrasiya Milli Universitetinin Avrasiya Riyaziyyat İnstitutunun direktoru, professor, fizika-riyaziyyat elmləri doktoru Muxtarbəy Otelbayev elmi dairələrdə “minilliyin problemləri” adlanan 7 çətin riyazi məsələlərdən birini həll edib.

Bu mövzuda “Navye-Stoks tənliyinin həlli” adlı elmi yazı yazan qazax alimini beynəlxalq elmi mükafatlara layiq görüləcək.

Hələ 2000-ci illərin əvvəllərində Kley Riyaziyyat İnstitutu ən çətin 7 riyazi məsələnin həlli üçün 1 milyon dollar mükafat vəd etmişdi. Otelbayevə qədər bu məsələlərdən yalnız biri – Puankare hipotezi həllini tapmışdı. Yəhudi mənşəli Rusiya alimi Qriqori Perelman bu məsələnin həllinə görə nüfuzlu Fildsov mükafatı ilə təltif olunmuşdu.

Muxtarbəy Atelbayevin elmi maraqları operatorların spektral teoremi, operatorların sıxılma və genişlənmə teoremi və s. sahələri əhatə edir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti