Məktəblilər arasında onlayn yarışın qalibləri bilindi

Yarış iştirakçıları ümumi tarix, Azərbaycan və dünya bilgisi, məntiq, ədəbiyyat, planetdə baş verən ictimai-siyasi mövzularla əlaqədar suallara cavab veriblər. Cavabları münsiflər heyəti qiymətləndirib. Ümumi nəticəyə görə, 21 suala düzgün cavab tapan "Latimeriya" komandası birinci yeri tutub. "Ramos-Maricon" və "GRYFFINDOR" komandaları isə 20 sualı düzgün cavablandırdıqlarına görə sonrakı iki pillələrdə qərarlaşıb.
Bilik yarışmasının təşkilində məqsəd məktəblilərin asudə vaxtlarının təşkili ilə yanaşı, həm də onların ümumi biliyini artırmaq, COVID-19 pandemiyasının yaratdığı karantin dövründə evdə qalmalarına baxmayaraq, intellektual səviyyələrini yüksəltməkdən ibarət olub.
Qaliblər karantin dövrü bitdikdən sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin kubok və medalları ilə mükafatlandırılacaqlar.
Azvision.az