`Müsəlman qardaşları`nın tərəfdarları ilə polis arasında toqquşmalar olub

`Müsəlman qardaşları`nın tərəfdarları ilə polis arasında toqquşmalar olub
  11 Yanvar 2014    Oxunub:974
Misirdə “Müsəlman qardaşları”nın tərəfdarları ilə polis arasında toqquşmalar olub.
AzVision.az xəbər verir ki, Misirdə qadağan olunmuş “Müsəlman qardaşları” təşkilatının tərəfdarları ilə polis arasında növbəti toqquşmalar olub.

Yerli KİV-lərin məlumatına görə, ölkənin müxtəlif rayonlarında “qardaşların” etiraz edən tərəfdarları polisi daş-qalaq edir, onların üzərinə yandırıcı qarışıqlarla dolu şüşələr atır, bəzi avtomobil yollarını bağlamağa çalışırlar. Qahirənin Zeytun rayonunda isə onlar polis avtomobilini yandırıblar. Bu hüquqazidd hərəkətlərin cavabında polis mitinqçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir. Xəbər verilir ki, İskəndəriyyədə, Əl-Minyada, habelə Qahirənin bir neçə rayonunda lokal iğtişaşlar olub. Onların təşkilatçıları sırasından artıq onlarca adam saxlanılıb


Teqlər:





Xəbər lenti