Millimizin oyunlarının vaxtı məlum oldu

Millimizin oyunlarının vaxtı məlum oldu
  27 May 2020    Oxunub:6888
Qadınlardan ibarət A milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində aprelin 9-da keçirilməli olan Polşa – Azərbaycan oyunu koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, həmin qarşılaşmanın oktyabrın 23-də, həmçinin iyunun 5-də keçirilməli olan Çexiya – Azərbaycan görüşünün oktyabrın 27-də keçirilməsinə qərar verilib.

Oyunların stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Qadın   Yığma   Futbol  





Xəbər lenti