DİM onlayn təlimlərə başlayıb
Beynəlxalq əməkdaşlıq çərçivəsində hazırlanan fəaliyyət planına əsasən “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nə dəstək məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Fəaliyyət planının birinci mərhələsində DİM əməkdaşları üçün İrlandiya və Belçika təcrübəsi əsasında hazırlanan “Vəzifələrin təhlili və səriştələrin müəyyən olunması”na dair təlimin keçirilməsi planlaşdırılır. Təlim onlayn platforma üzərindən ingilis, eləcə də Azərbaycan dillərində təqdim olunur və mayın 28-ni və iyunun 2-4 tarixlərini əhatə edir.
Təlimin ilk günü artıq geridə qalıb və ekspertlər DİM əməkdaşları ilə hazırlanan ilkin fəaliyyət planını, vəzifələrin təhlili və kompetensiya modelinin tətbiqi ilə bağlı sualları müzakirə ediblər.
Xatırladaq ki, DİM tərəfindən dəstəklənən bu onlayn təlim 2019-cu ilin iyunun 3-4-də keçirilən “Səriştə əsaslı idarəetmə” adlı təlimin davamıdır. Ötən ilki təlimin keçirilməsində əsas məqsəd yuxarıda adı çəkilən Strategiyanın həyata keçirilməsi üçün uyğun alətlərin seçilməsi və kompetensiya modeli barədə İrlandiya və Estoniya ekspertlərinin təcrübələrinin öyrənilməsi olub.
Azvision.az