Yanğın 1300 yaşlı şəhəri məhv etdi

Yanğın 1300 yaşlı şəhəri məhv etdi
  11 Yanvar 2014    Oxunub:1196
Çinin Tibet bölgəsində yerləşən Dukeçzon şəhərində yanğın 10 saat davam edib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çinin dağlıq Tibet regionunda yerləşən Dukeçzon şəhəri güclü yanğın nəticəsində yanaraq külə dönüb. Şəhərdəki qonaq evlərindən birində başlayan yanğın tezliklə digər evlərə də yayılıb.

Dukeçzon şəhəri turistlər üçün maraqlı bir ərazi hesab olunurdu. 1,6 kvadrat kilometr ərazidə yerləşən qədim şəhərdə 1084 müxtəlif tikili var idi. Qədim tibetlilərin ağ gildən tikdikləri şəhər “Ay işığı şəhəri” kimi tanınırdı.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti