64 minə yaxın abituriyent qeydiyyatdan keçib

64 minə yaxın abituriyent qeydiyyatdan keçib
  31 May 2020    Oxunub:3053
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin mayın 12-dən başlanan sənəd qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, abituriyentlərin sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq.

Bu gün saat 12:50-yə olan məlumata görə, I-IV ixtisas qrupları üzrə 63 min 786 abituriyent qeydiyyatdan keçib.

Xatırladaq ki, qəbul imtahanlarının iyulun 20-dən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər, eyni zamanda, V ixtisas qrupu üzrə müsabiqədə (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə) iştirak edə bilərlər.

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılıb.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti