Avropa Güləş Federasiyasının prezidenti vəfat edib

  31 May 2020    Oxunub : 3781
 Avropa Güləş Federasiyasının prezidenti vəfat edib
Avropa Güləş Federasiyasının (UWW-EU) prezidenti Tseno Tsenov uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, güləşin inkişafında böyük xidmətləri olan T.Tsenov 2013-cü ildə bu idman növünün Olimpiadanın proqramında qalmasında böyük əmək sərf edib.

Qeyd edək ki, Sofiya Universitetinin Tarix və Arxitektura fakültəsini bitirən T.Tsenov Bolqarıstan Güləş Federasiyasında baş katib, vitse-prezident və prezident vəzifələrində çalışmaqla yanaşı, 1978-ci ildən əvvvəlki adı Avropa Güləş Şurası olan qurumun İcraiyyə Komitəsinin üzvü olub. 1996-cı ildən quruma başçılıq edib.

Təcrübəli güləş mütəxəssisi 7 dəfə bu qurumun prezident seçkilərində qalib gəlib. T.Tsenov, həmçinin 2002-ci ildən Dünya Güləş Birliyinin (UWW) Büro üzvü olub.

Azvision.az

Teqlər: Güləş