Ali məktəbə imtahansız qəbul şərti açıqlandı

Ali məktəbə imtahansız qəbul şərti açıqlandı
  01 İyun 2020    Oxunub:2673
Subbakalavrların ali məktəbə imtahansız qəbul olunması üçün sənəd qəbulu bu gündən başlayacaq.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, subbakalavrlar DİM-ə müraciət etdikdən sonra onlar haqqında məlumat aidiyyatı təhsil müəssisələrindən alınacaq.

“Onlar imtahansız qəbulla yanaşı, abituriyent kimi ərizə verib, imtahanda da iştirak edə bilər. Onlar imtahansız müraciət etdikdə müsabiqəyə buraxılmaq üçün minimal bal hesablanacaq. Amma imtahanda abituriyent kimi iştirak edərlərsə, yüksək bal toplaya bilər və daha yaxşı yerə qəbul oluna bilərlər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM  





Xəbər lenti