Banqkokda etirazçılara atəş açılıb – VİDEO
Polisin məlumatına görə, ötən gecə müxalifətçilərin toplaşdığı düşərgəyə iki dəfə hücum olunub.
Gündüz hökumət tərəfdarları ilə əleyhdarları arasında baş verən toqquşmalarda 6 nəfər xəsarət alıb.
Tailand müxalifəti növbəti həftə izdihamlı aksiya keçirəcəyini və paytaxt Banqkokda hərəkəti tam dayandıracağını bəyan edib.
Ötən ilin noyabrından baş nazirin istefası tələbi ilə Tailandda etiraz aksiyaları keçirilir.
Müxalifət fevralın 2-nə təyin edilən seçkiləri boykot edib.
azadliq.org
Teqlər: