Salehi: `zənginləşdirilmiş uranımız var`
İranda gələcək 4-5 il üçün 20 faiz zənginləşdirilmiş uran ehtiyatı var və uranın 20 faizədək zənginləşdirilməsinə ehtiyacı yoxdur. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi "Jam-e Jam" televiziyasına müsahibəsində deyib.
Ə.Ə.Salehi bildirib ki, uranın 20 faiz zənginləşdirilməsinin dayandırılması İranın milli mənafeyinə uyğundur: "İran və "5+1" ölkələri arasında fikir ayrılığına səbəb olan amillərdən biri də bu idi ki, onlar İranın sentrifuqlarının inkişaf etdirilməsinə etiraz edirdilər".
O, həmçinin qeyd edib ki, bir neçə gün əvvəl İran Prezidenti Həsən Ruhani rusiyalı həmkarı Viladimir Putinlə telefon danışığı apardı və Buşəhr AES-in ikinci fazasının tikintisinə start verilməsi barədə razılıq əldə olunaraq icrasına başlanıldı.
Teqlər: