İran XIN İraq, İordaniya və Livana səfər edəcək

İran XIN İraq, İordaniya və Livana səfər edəcək
  12 Yanvar 2014    Oxunub:1295
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaxın günlərdə İraq, İordaniya və Livana səfər edəcək. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Məhəmməd Zərifin bu ölkələrə səfəri gələn həftə ərzində baş tutacaq.

Səfər zamanı, Zərif bu ölkələrin rəhbərləri ilə bölgədə baş verən prosesləri və iki tərəfli əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, bundan öncə İranın XİN rəhbəri bölgənin bir neçə ölkəsinə, o cümlədən Qətər, Oman, Küveyt, BƏƏ və İraqa səfər edib.


Teqlər:





Xəbər lenti