52660 abituriyent kolleclərə sənəd verib

52660 abituriyent kolleclərə sənəd verib
  02 İyun 2020    Oxunub:2973
Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyə qədər ərizə verən şagirdlərin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, bugün saat 12:00-dək sənəd verən şagirdlərin sayı 52660 nəfərdir. Onlardan 50004 nəfəri Azərbaycan, 2656 nəfəri isə rus bölməsindən olan şagirdlərdir.

Qeyd edək ki, tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu mayın 12-də başlayıb. Elektron ərizə qəbulu iyunun 5-i saat 23:59-dək internet vasitəsilə aparılacaq.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti