Xalq artistinin karantin günləri: “Hamı kimi mən də qorxurdum”

 Xalq artistinin karantin günləri:   “Hamı kimi mən də qorxurdum”
  02 İyun 2020    Oxunub:12510
"Karantinin ilk vaxtlarında stress keçirirdim. Hamı kimi mən də qorxurdum".

Bunu Azvision.az -a Xalq artisti Gülyanaq Məmmədova karantin günlərindən danışarkən deyib. Xanəndə bildirib ki, karantin müddətində daha çox ev işləri ilə məşğul olub.
“Hazırda Bakıdayam, amma karantin vaxtı onlayn rejimdə tələblərimə dərs keçdim. Karantində başa düşdüm ki, evdə iş heç qurtarmırmış. Həmişə çöl, səhnə işləri ilə məşğul olmuşam, evdən dərindən xəbərim olmayıb. Amma bu müddət ərzində evdə oldum, çox işlədim, yoruldum. Heç dincəlmədim. Əvəllər yenə bacılarım kömək edirdi. Ancaq bu ərəfədə hər şeyi özüm etdim. Təki sağlıq olsun, mən işləməyə, əziyyət çəkməyə razıyam.

İlk vaxtlarda stess keçirdim, qorxdum, çaşqınlıq içində idim. İnsanların beyni bir nöqtəyə yönəlmişdi, ancaq virusdan danışılırdı. Öz peşəmizi belə unutmuşduq. İnsanlar bir-birilərinə cansağlığı arzu edirdi. Çünki sağlam olandan sonra insan hər şeyin öhdəsindən gəlir".

Xalq artisti qeyd edib ki, toyların təxirə salınması digər həmkarları kimi onun da maddi durumuna təsir edir.

"Toyların olmaması səbəbindən maddi durumumuzda əməlli başlı problem yarandı. Toydan qazandığım pulla geyim, makiyaj, studiya xərclərini ödəyirdim. Dövlət müəssiəsindən qonorar alırıq, ancaq çatdıra bilmirik. Toya gedirik ki, ailəmizi saxlayaq, balalarımızın təhsilinə pul ayıra bilək. Növbəti aylarda yəqin ki, el şənliklərinə icazə verilər. Hamının arzusudur ki, balalarına toy, nişan etsin. Neçə vaxtdır ki, nişanlı qalanlar var. Onlar ailə qura bilmirlər. Niyə də yox. Qoy, elə toylu günlər olsun”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: GülyanaqMəmmədova  





Xəbər lenti