"Bütün müəllimlərin məktəbə gəlməsinə ehtiyac yoxdur" - Nazirlik

   "Bütün müəllimlərin məktəbə gəlməsinə ehtiyac yoxdur" -    Nazirlik
  03 İyun 2020    Oxunub:4868
Hazırki sanitar-epidemioloji vəziyyətlə əlaqədar insanların bir araya toplaşmasını istəmirik. Müəllimlərin məktəbə gəlməsi üçün ən önəmli zərurət tədris prosesidir.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Nazirlik rəsmisi bildirib ki, hazırda təlim-tədris prosesi yoxdur. Ona görə də jurnalların yazılması, illik qiymətlərin hazırlanması kimi prosesləri məktəb direktorları, onların müavinləri və sinif rəhbərləri həyata keçirməlidirlər.

“Bu, o demək deyil ki, bütün müəllimlər səhər saat 9-dan axşama kimi məktəbdə olmalıdırlar. Hətta pedaqoji şuranın iclasının da onlayn keçirilməsini məsləhət görürük”.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə qeyd edib ki, zərurət olmadığı təqdirdə digər müəllimlərin də məktəbə cəlb olunmasına ehtiyac yoxdur.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti