Misirdə referendumu 160 min hərbçi qoruyacaq

Misirdə referendumu 160 min hərbçi qoruyacaq
  12 Yanvar 2014    Oxunub:1074
Misirdə konstitusiya referendumu zamanı təhlükəsizliyin qorunmasına 160 min hərbçi cəlb olunacaq.
Misirdə yanvarın 14-15-də keçirilməsi nəzərdə tutulan konstitusiya referendumu zamanı təhlükəsizliyin qorunmasına 160 min hərbçi cəlb olunacaq.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Misir ordusu təmsilçisinin yazılı açıqlamasında ordu hissələrinin daxili işlər nazirliyi ilə əlaqəli şəkildə fəaliyyət göstərəcəyi və referendumun təhlükəsizliyini təhdid edən hər hansı aksiyanın qarşısının sərt şəkildə alınacağı bildirilir. Asayişin qorunmasında hərbi dəniz və hava qüvvələri, sərhəd mühafizəçiləri, xüsusi təyinatlı dəstələr və digər qüvvələr iştirak edəcəklər.

Referenduma 2012-ci ildə qəbul olunmuş konstitusiya üzərində aparılan düzəlişlər əsasında hazırlanan 247 maddədən ibarət yeni sənəd çıxarılacaq. Ölkədə qadağan olunmuş və hakimiyyət tərəfindən terrorçu təşkilat elan edilən “Müsəlman qardaşları” yeni konstitusiyanın qatı əleyhdarıdır. Bu səbəbdən referendum zamanı ciddi qarşıdurmaların yaşanacağı istisna olunmur.


Teqlər:





Xəbər lenti