ABŞ “erməni genosidi”ni araşdırır

ABŞ “erməni genosidi”ni araşdırır
  16 Mart 2013    Oxunub:900
Amerikalılara erməni dili öyrədiləcək
“Ermənişünaslıq- bu 2-3 ABŞ akademikindən ibarət kiçik bir araşdırma sahəsidir. ”Erməniləri də elə bu sahənin kiçikliyi narahat edir. Özləri də təsdiq edir ki, “erməni genosidi” ni öyrənən alimlərin sayı təsəvvür edilməyəcək dərəcədə azdır. Elə ABŞ universitetlərində də onlara çox az yer verilir. Axı adama deyən gərək ki, bu məsələnin özü nə qədər böyükdür ki, onu öyrənən alimlərin sayı da çox olsun? Sonu görünməyən yalanları nə qədər araşdırmaq olar axı?! Ya alim bezər, ya da elm!

Ermənistanın News.am saytının məlumatına görə, “ermənilər artıq bu situasiyanın dəyişəcəyindən ümidlərini üzüblər. Bəzən yeni dərslik proqramlarının tərtib olunması və bu sahə üzrə dərs verə biləcək müəllimlərin cəlb edilməsi üçün səy göstərilir”, daha doğrusu türklərə qarşı “şər-şamata”, təxribat üsulları axtarılır. Bu işdə erməni qardaşlarına Amerikanın Florida Ştatının cənub – şərqi Nova Universiteti kömək edir, kifayət qədər maliyyə vəsaiti tapmağa çalışır.

“The Armenian Mirror-Spectator”un məlumatına görə universitet qondarma “erməni genosidi” sahəsində araşdırmalarını genişləndirmək niyyətindədir. Dekanın baş köməkçisi doktor Syuzan Marşal bildirib: “Genosidlərin araşdırılması və qarşısının alınması üzrə daha müstəqil platformaya sahib olmağı çox arzu edirik. Bununla yanaşı ən azından ayrıca dərs proqramı və ya magistr və doktorantura proqramları çərçivəsində ixtisaslaşmaya nail olmaq istərdik.”

Amerikalı Marşalın “erməni genosidi”nə marağı müasir genosidlərin araşdırarkən oyanıb. O bildirib ki, “erməni genosidi 20-21-ci əsr genosidlərin əsası hesab edilir. Ondan sonra baş vermiş bütün soyqırımlarda bənzər faktorlar əks olunub və bu baxımdan genosidlərin öyrənilməsi üçün əlverişlidir...”
Sözügedən universitet təkcə soyqırım araşdırmaları ilə deyil, həmçinin erməni kontingentini artırmağı planlaşdırır. Kifayət qədər maliyyə dəstəyi tapılan kimi universitetdə erməni dili kursları da açılacaq.

Əgər bütün genosidlər erməni yalanları üstündə öyrəniləcəksə onda vay Marşal kimi alimlərin halına. Türklərə isə bir şey qalır öz hüquqlarını müdafiə etmək və erməni yalanlarından qorunmaq üsulu tapmaq. Həm ayıq –sayıq olmaq, həm də yalanlardan qorxmaq. Bəli qorxmaq! Çünki, atalarımızın dediyi kimi Yalan yıxan evi heç kim tikə bilməz. Allah cümləmizi erməni yalanlarından qorusun!

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti