Fələstin Şaronun ölümünü bayram kimi qeyd edir – FOTO, VİDEO

Fələstin Şaronun ölümünü bayram kimi qeyd edir – FOTO, VİDEO
  12 Yanvar 2014    Oxunub:1457
İnsanlar bayramlarda olduğu kimi küçədə şirniyyat paylayır. Bəs bu nifrətin səbəbi nədir?

AzVision.az xəbər verir ki, fələstinlilər gizlətmədən Ariel Şaronun ölümünü böyük bayram kimi qeyd edir. Muxtariyyətdə Şaronun ləqəbi “qəssab”dır və onu insanlığa çoxlu bəla gətirən cinayətkar kimi tanıyırlar.

Onun Fələstində belə tanınmasının səbəbi kimi 1953-cü ildə bütöv bir kəndin qırılması ilə nəticələnən Kibiya əməliyyatı və dünya tərəfindən də təxribat adlandırılan 2001-ci ildə Məbəd dağına rəsmi səfərini göstərmək olar. İsrail tərəfi bunu bəhanə adlandırsa da məhz bu səfər və hörmətsizlik intifadanın (ərəblərin üsyanının) başlama səbəbi kimi göstərilir.

Fələstinlilərdən biri “euronews” telekanalına müsahibəsində deyir: “Dünya fələstinliləri məhv edən daha bir qəssabdan qurtuldu. Onun işi bitdi, bu etap bağlandı”.

Digər bir Fələstinli isə qeyd edir ki, “O fələstin xalqına qarşı çox cinayətlər törətmişdi və əlbətdəki, onun ölümü fələstin xalqına rahatlıq gətirdi”.

Qəzzada insanlar bayramlarda olduğu kimi küçədə şirniyyat paylayır.

Maraqlısı isə budur ki, Ariel Şarona münasibət İsraildə də birmənalı deyil. Məhz Ariel Şaronun imzasından sonra Qəzza bölgəsindən yerləşdirilmiş yəhudi ailələrinin çıxarılması bir çox yəhudidə ona qarşı nifrət oyadıb və hətta onu `xalq düşməni` adlandırıblar. RT xəbər verir ki, İsraildə siyasətçinin ölümü ilə bağlı sevindirici lozunqlar yayanlarla xüsusi xidmətlər mübarizəyə keçib.

Qeyd edək ki, Ariel Şaron 13 yanvar `anemon` düzündə dəfn ediləcək. Dəfn mərasiminin təhlükəsizliyini qorumaq və mərasimi pozmaq niyyəti ilə gözlənilən raket hücümüna qarşı İsrail tərəfi `Dəmir Günbəz` raket əleyhinə qurğuların yönünü çevirmək niyyətindədir.







Foto: Reuter

Qalereya




Teqlər:  





Xəbər lenti