Pakistanda partlayışlar törədilib
Hadisə 2007-2009-cu illərdə taliblərin nəzarətində olan Svat vadisi yaxınlığında baş verib.
Yerli polis rəisinin dediyinə görə, kamikadze əvvəlcə özünü yerli hakimiyyət orqanlarına seçki ilə bağlı təbliğat kampaniyası keçirməyə yollanan Ameer Muqam-ın korteji yaxınlığında partladıb. Hadisə zamanı Ameer Muqam xəsarət almayıb. Ameer Muqam Nawaz Sharif-in rəhbərlik etdiyi “Müsəlman cəmiyyəti”nin əsas liderlərindən biridir.
Hələ ki partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb. Nawaz Sharif Pakistanda hakimiyytə gələndən - ötən ilin iyun ayından onun partiya üzrlərinə qarşı hələ belə bir hücum olmamışdı.
Bundan öncə Sharif elan etmişdi ki, doqquz ilə yaxındır ki davam edən qarşıdurmaya son qoymaq məqsədilə Pakistandan olan talibançılarla sülh danışıqlarına başlamaq niyyətindədir.
azadliq.org
Teqlər: