Öcalan Ərdoğanın tərəfinə keçdi
“Ölkədə çevriliş etmək istəyən hər kəs başa düşməlidir ki, biz od üstә benzin tökәnlәrdәn olmayacağıq”. AzVision.az “Axar.az”a istinadən məlumat verir ki, bu açıqlama ilə PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan çıxış edib. O, Gülən-Ərdoğan savaşında sətiraltı ifadələrlə baş naziri müdafiə etdiyini bildirib: “
Ölkədə çevriliş etmək istəyən hər kəs başa düşməlidir ki, biz bu hadisәlәrdә od üstünә benzin tökәn olmayacağıq. Hər çevriliş təşəbüsçüsü bundan öncə olduğu kimi bundan sonra da qarşısında bizi görəcək”.
A.Öcalan bir müddət öncə mətbuatda yer alan 3 PKK-lı qadının “camaat”ın sifarişi ilə Parisdə öldürülməsinə də aydınlıq gətirib: “Bizim dostlarımızın qanı yerdə qalmayacaq. Bu vəhşi qətliama səbəb olanlardan bir gün mütləq qisasımızı alacağıq”.