Türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Forumu keçiriləcək

Türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Forumu keçiriləcək
  13 Yanvar 2014    Oxunub:1392
Bakıda türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Forumu keçiriləcək.
AzVision.az xəbər verir ki, Bununla bağlı qərar Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında qəbul olunub.

AMEA-nın İqtisadiyyat İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirilib ki, Forumun keçirilməsində məqsəd türkdilli dövlətlərdə baş verən sosial-iqtisadi proseslərin təhlil olunması, iqtisadçılar arasında əlaqələrin inkişaf etdirilməsidir. Həmçinin onların fəaliyyətinin türkdilli dövlətlərin inkişafına istiqamətləndirilməsi və birgə elmi-strateji araşdırmaların təşkil edilməsidir. 2014-cü ilin iyununda keçirilməsi nəzərdə tutulan forumda 100 xarici, 150 yerli iqtisadçı alimin iştirakı planlaşdırılır. Hazırda AMEA-nın İqtisadiyyat İnstitutunda Forumun keçirilməsinə dair tədbirlər planı hazırlanır.

Xatırladaq ki, Qəbələdə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında Prezident İlham Əliyev türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın genişlənməsinin vacibliyini bildirmişdir. Bu çağırış türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Forumunun keçirilməsi üçün zəmin yaradıb.


Teqlər:





Xəbər lenti