Göyçayda müəllimlərin xeyriyyə aksiyası

Göyçayda müəllimlərin xeyriyyə aksiyası
  13 Yanvar 2014    Oxunub:1832
Əlillərə əlil arabası, qocalara və aztəminatlı ailələrin üzvlərinə ərzaq bağlaması, məktəblilərə isə paltar.
Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri Göyçay şəhərində xeyriyyə tədbiri keçirib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Göyçayda yardıma ehtiyacı olanların görüşünə gələn xeyriyyəçi insanlar öz məvacibləri hesabına aldıqları əlil arabalarını 10 nəfər I qrup əlilə təqdim edib, 40 nəfər tənha qocaya, aztəminatlı ailələrin üzvlərinə isə ərzaq bağlaması veriblər. Sonra isə Səməd Vurğun adına Göyçay şəhər internat məktəbində təhsil alan 350 şagirdlə görüş keçirərək, onların hamısına geyim əşyaları verilib.

Tədbirdə bildirildi ki, Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup müəllimi xeyriyyəçilik məqsədilə indiyədək Bakı, Sumqayıt, İsmayıllı, Salyanda da bu cür tədbirlər keçiriblər. Müəllimlər öz məvacibləri hesabına son 3 il ərzində Göyçayda 19 əlilə arabalar təqdim edib, şəhər internat məktəbində müxtəlif xeyriyyə aksiyaları keçirib, orada təhsil alan uşaqlara geyim əşyaları, eləcə də şirniyyat və qida məhsullarından, məişətdə istifadə olunan əşyalardan ibarət bağlamalar hədiyyə ediblər.


Teqlər:





Xəbər lenti