Ərdoğanın oğlu Türkiyədə tapıldı - FOTO

Ərdoğanın oğlu Türkiyədə tapıldı - FOTO
  13 Yanvar 2014    Oxunub:1188
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan oğlu Bilal Ərdoğanla birlikdə İstanbulun Çamlıca səmtində tikilməkdə olan məscidə baş çəkib.
AzVision.az xəbər verir ki, təxminən 1.5 saat yarım tikinti ilə tanış olan baş naziri çıxışda vətəndaşlar “Dik dur, əyilmə, bu millət səninlə” şüarı ilə qarşılayıb.

Baş nazirin oğlu da vətəndaşlara gülümsəyərək qarşılıq verib. Bilal Ərdoğan ona müraciət edən vətəndaşlarla söhbətləşib.

Qeyd edək ki, Türkiyədə baş verən rüşvət olayında adı hallanan B.Ərdoğanın məlum hadisələrdən sonra ölkədən qaçması, hətta onun Azərbaycanda gizlənməsi haqda iddialar səsləndirilirdi.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti