Könül Xasıyeva: “Vəziyyətim yaxşı deyil”

  Könül Xasıyeva:  “Vəziyyətim yaxşı deyil”
  09 İyun 2020    Oxunub:13653
"Ayaqlarımda dizə qədər keyləşmə, ağırlıq var. Amma hələlik yalnız oğlumun müalicələri ilə məşğulam. Mən ömrümü yaşamışam, onun gələcəyi qabaqdadır".
Bunu Azvision.az -a Xalq artisti Könül Xasıyeva səhhəti barədə danışarkən deyib.

"Dünən Bakıya gəlmişəm. Oğlum Kazımın müalicələri bitib, onu yenidən müayinə etdirirəm. Həkimin cavabından asılı olaraq müalicələrini davam etdirəcəyəm. Mənim vəziyyətim yaxşı deyil, ayaqlarım sözə baxmır. Amma indi özümü kənara qoymuşam. Əsas oğlumdur. İndiki vəziyyətdə özüm üçün heç nə edə bilmərəm. Maddi imkanım çatmır".

Xanəndə sabah yenidən Şəkiyə qayıdacağını bildirib.

"Ötən həftə anamı itirdim. Hüzünlüyəm, evdən çıxmıram. Birisi gün cümə axşamıdır. Buna görə Şəkidə olmalıyam. Sənət yoldaşlarımdan, dostlardan, tanışlardan incimirəm, karantindir, hamının başı özünə qarışıb. Evdən çıxa bilmirlər, heç kimdən heç nə ummuram".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: KönülXasıyeva   xanəndə  





Xəbər lenti