“Kəmaləddin Heydərov bu ixtiyarı mənə verib” - Xalq artisti

“Kəmaləddin Heydərov bu ixtiyarı mənə verib” - Xalq artisti
  13 Yanvar 2014    Oxunub:1430
Bilirəm ki, yaxşı bir mahnı ərsəyə gələcək

Xalq artisti Flora Kərimova fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərovun onun üçün bəstələdiyi yeni mahnıdan danışıb.

AzVision.az-a açıqlamasında müğənni bildirib ki, K.Heydərovla işbirliyi uğurlu olacaq. Sözügedən mahnının isə nə zaman hazır olacağı hələki bəlli deyil:

“Hələ ki, mahnı yarımçıq qalıb. Kamal müəllimin musiqisi naxışlıdır deyə, oranjmanı da həmişə səviyyədə olur. Yəni Kamal müəllimin yazdığı mahnını oranjmançı istədiyi kimi dinləyiciyə çatdıra bilir. Ona görə hələ bu mahnıların prosesi uzundur. Musiqi cilovlanmalıdır, oranjmana verilməlidir. Kamal müəllim Baba müəllimlə birgə mahnının taleyini mənim öhdəmə buraxıb. Yəni, mənim zövqümlə oranjman olsun, mən istədiyim kimi səslənsin. Ona görə də hələ o etapa gəlib çıxmamışıq. Amma bir müğənni kimi arxayınam ki, bu məsələdə sərbəstəm. Baba müəlim öz şeirini, Kamal müəllim öz musiqisini, mən də öz payımı tövsiyə verə bilirəm. Bilirsiniz ki, çılğın, üsyançı müğənniyəm. Bilirəm ki, yaxşı bir mahnı ərsəyə gələcək”.

F. Kərimova qeyd edib ki, mahnının adı hələ dəqiq bilinmir. “Mahnının adını Baba müəllim açıqlamayıbsa, deməli, hələ tezdir. Birdəki, mahnı yazılanda, əvvəlcə şərti bir ad seçilir, mahnı tam hazır olandan sonra isə dəqiq ad bilinir. Mahnının ad seçimində müğənni də iştirak edir. Mahnının sözlərinə baxacam, görüm nə seçəcəm. Deyəsən, ad seçmək ixtiyarı da mənə verilib. Əgər mən seçdiyim ad qane etməsə, təbbi ki özləri seçəcəklər. Mahnının nə vaxt hazır olacağını bilmirəm, yaradıcılıq elədir ki, onun konkret vaxtı olmur. Hər halda, müğənni kimi həm müğənnidən, həm də bəstəkardan asılıyam”-deyə Xalq artisti vurğulayıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti