Sürücüsüz maşın reallığa çevrilir

Sürücüsüz maşın reallığa çevrilir
  13 Yanvar 2014    Oxunub:1254
İsveçin Volvo şirkəti sürücü olmadan belə maşını avtonom şəkildə parkinq edə bilən yeni funksiya yaradıblar.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin press-relizində yeni texnologiya Vehicle 2 İnfrastructure adı alıb.

Volvo Car Group kompaniyasının baş konsultantı Tomas Broberq yeni ixtiranın şirkətin avtomobil bazarındakı mövqeyini möhkəmləndirəcəyi fikrindədir. “Sürücüdən tələb olunan yeganə iş maşını dayanacaq önündəı saxlamaqdır. Sonra isə həmən yerdən maşını yenidən qoyduğu yerdən götürə bilər”.

Qeyd etmək lazımdır ki, yeni avtomatik parkinq sistemi maşınlarda yol infrastrukturunun ötürücüsü olduğu zaman işlək olur.

İlk olaraq 2014-cü ilin sonlarından Volvo XC90 markalı maşınların kütləvi istehsalı zamanı yeni sistemdən istifadə olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti