Tanınmış şair virusa görə evdən çıxmır

 Tanınmış şair virusa görə evdən çıxmır
  11 İyun 2020    Oxunub:10288
"Vaqif müəllim evdən çıxmır. Çox zəifdir, virusa yoluxma təhlükəsi var"
Bunu Azvision.az -a açıqlamasında tanınmış şair Vaqif Bayatlı Odərin xanımı Tamam Bayatlı deyib.

Onun sözlərinə görə, şairin səhhəti normaldır, karantin günlərini evdə keçirir.

"Bilirsiniz ki, Vaqif müəllim, Türkiyədə beynindən əməliyyat olunub, ürəyinə 3 stend qoyulub. İndi dərman qəbul edir. May-iyun aylarında yenidən Türkiyəyə müayinəyə getməli idik. Yollar bağlandı deyə qaldı. Həkimi ilə danışdıq. Azərbaycanda qan analizi verib cavablarını ona göndərəcəyik.

Həkim məsləhət bildi ki, yollar açılanadək dərmanları qəbul etməyə davam etsin. İndiki vəziyyətdə şairin harasa getməsi düzgün deyil, yoluxma təhlükəsi var. Evdən çıxmır. Amma özünü pis də hiss etmir. Balkonda gəzir, hava qəbul edir".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: VaqifBayatlıOdər  





Xəbər lenti