ABŞ-da əhaliyə çip yerləşdirilir

ABŞ-da əhaliyə çip yerləşdirilir
  13 Yanvar 2014    Oxunub:1386
Vayominq ştatının administrasiyası əhalinin çipləşdirilməsi kompaniyasına başlayıblar. Ştatın Hanna dairəsində dərc olunan qərara görə, sosial müavinət alan və dövlət müəssisələrində çalışan şəxslər mütləq şəkildə özlərinə çip yerləşdirməlidirlər.

Vayominq ştatı tərəfindən başlanan çipləşdirmə prosesi (MINI RFID) vətəndaşların avtomatik identifikasiyasını nəzərdə tutur. Haqqında söhbət gedən çip – 100 Qiqabayt yaddaşı olan mini-kompüterdir. Onun içərisinə müxtəlif məlumatlar: tibbi, sığorta məlumatları, sürücülük vəsiqəsinin nömrəsi, kredit tarixçəsi, kriminal keçmişi və s. daxil olunacaq.

Vayominq ştatının əhalisi MINI RFID qurğusuna məmnunluqdan – kəskin narazılığa qədər müxtəlif münasibət bildirirlər. Bir vətəndaş isə əvvəllər necə yaşadığına təəccüblənərək yeni çip vasitəsilə maqazalardan pul kisəsi olmadan belə alver edə bildiyini söyləyib. Bununla yanaşı təkuşaqlı ana dövlət dəstəyindən imtina edə bilmədiyini və bu səbəbdən MINI RFID çipini quraşdırmağa məcbur olduğunu dilə gətirib.

Texniki yenilik tərəfdarı olan vətəndaşlar isə terror aktlarının qarşısını ala biləcək yeni qurğu Amerika istehsalı qurğu ilə qürur duyurlar.

İnanclı xristianlarda isə əhalinin çipləşdirilməsi kompaniyası ciddi narazılıq doğurub. Onların fikrincə, bu yenilik “İncil”də göstərilən və insanın əllərində yazılacaq “heyvan rəqəmi” ilə üst-üstə düşür. Belə işarəsi olan insan bütün ömrü boyu cəhənnəm odunda əzab çəkəcək.

Qeyd olunur ki, Vayominq ştatının əksər əhalisi MINI RFID çipinin quraşdırılmasına sevinir. Çünki bu həyati qayğıları – tibbi yoxlamanı rahat keçmək, valideynlərin uşaqları üçün narahat olmamaları və s. həllində yardım edir.
Lakin insanlar çipləşdirmədən sonra yorğunluq, yuxusuzluq və həyəcan hisslərinin peyda olmasında şikayətlənir.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti