Ağır yol qəzası: ölən və yaralananlar var

Ağır yol qəzası: ölən və yaralananlar var
  16 Mart 2013    Oxunub:1412
Daxili İşlər Nazirliyi İmişli rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 15-də saat 10.40 radələrində İmişli rayonunun Rəsullu kəndi ərazisində rayon sakini Zaur Əliyev "Mercedes" markalı avtomobili idarə edərkən onu maneəyə vurub.

Nəticədə sərnişin Nuridə Allahverdiyeva aldığı xəsarətdən hadisə yerində ölüb. Xəsarət almış sürücü və digər sərnişinlər isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağırdır.

Hadisə ilə bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma: eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti