Ədliyyə orqanlarına işə qəbul üzrə müsabiqə iştirakçılarının nəzərinə

Ədliyyə orqanlarına işə qəbul üzrə müsabiqə iştirakçılarının nəzərinə
  14 Yanvar 2014    Oxunub:1470
AzVision.az xəbər verir ki, Ədliyyə Nazirliyinin müsabiqə komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə 2013-cü ilin noyabrın 16-da keçirilən test imtahanının nəticələrinə görə uğur qazanan namizədlərin qaydalara müvafiq olaraq sənədlərinin toplanması və yoxlanılması prosesi başa çatıb.

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılmış və onlarla fərdi qaydada söhbət keçirilməsinə 2014-cü il yanvarın 15-dən etibarən başlanması qərara alınıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bununla bağlı hər bir namizədə Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) keçiriləcək söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcək.

Qanunvericiliyə əsasən, müsabiqənin nəticələrinə görə uğur qazanan namizədlər peşə fəaliyyətinə buraxılması məqsədi ilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.


Teqlər:  





Xəbər lenti