Türkiyə ilə peşə təhsili sahəsində əməkdaşlıq müzakirə olunub
Görüş zamanı peşə təhsili sahəsində iki ölkə arasında hazırkı əməkdaşlıq vəziyyəti, qarşılıqlı yüksək səviyyəli səfərlərin əməkdaşlığa töhfəsi, ötən ilin oktyabr ayında Türkiyə Milli Təhsil nazirinin ölkəmizə səfəri zamanı ölkə rəhbərliyi tərəfindən qəbul edilməsi məsələlərinə toxunulub.
Görüşün əsas mövzusu iki ölkənin təhsil nazirlikləri arasında peşə təhsili sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanmasından ibarət olub. Tərəflər peşə təhsilinin inkişafı ilə bağlı birgə layihələrin reallaşdırılması imkanlarını vurğulayıb və birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə ediblər.
Azvision.az
Teqlər: Təhsil Müzakirə Türkiyə