Eşton: İsrail tikililəri sülh üçün maneə yaradır

Eşton: İsrail tikililəri sülh üçün maneə yaradır
  14 Yanvar 2014    Oxunub:813
Ketrin Eşton Fələstin ərazilərində yeni qəsəbələrin salınmasının əleyhinədir

AzVision.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton İsrail hakimiyyətinin Fələstin ərazilərində yeni qəsəbələrin tikilməsi planları barədə yaxın günlərdəki elanı ilə bağlı dərin narahatlığını bildirib. Avropa diplomatiyası rəhbərinin bəyanatında deyilir: “Beynəlxalq hüquqa əsasən, məskənlər qanunsuzdur, sülh üçün maneə yaradır, problemin iki dövlətin yanaşı yaşaması yolu ilə həllini təhlükə altına alır”.

AFP agentliyi qeyd edir ki, Ketrin Eşton İsraili işğal olunan ərazilərdə yeni qəsəbələrin tikintisini dayandırmağa çağırıb.

Məlum olduğu kimi, İsrail hökuməti Fələstin ərazilərində 1800-dən çox mənzil tikməyi planlaşdırır. Yeni mənzillərin 1076-sı Şərqi Yerusəlimdə, 801-i isə İordan çayının qərb sahilində tikiləcək. AFP agentliyi xatırladır ki, məskənlər İsrail və fələstinlilər arasında sülh danışıqlarında maneə olaraq qalır.


Teqlər:  





Xəbər lenti