4 mindən çox bakalavr ərizəsini təsdiq edib

4 mindən çox bakalavr ərizəsini təsdiq edib
  13 İyun 2020    Oxunub:3177
2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilmiş bakalavrların sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, bu gün saat 11:40-a olan məlumata görə, 4134 nəfər (Azərbaycan bölməsi - 3806; rus bölməsi – 328) ərizəsini təsdiqlədib.

Qeyd edək ki, bakalavrlar iyunun 18-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə proqram və ixtisaslaşma seçimini aparmalıdırlar.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaq. Ərizə təsdiqləndikdən sonra onda heç bir dəyişiklik etmək mümkün deyil.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti