Çap ediləcək dərsliklərin sayı açıqlandı

Çap ediləcək dərsliklərin sayı açıqlandı
  13 İyun 2020    Oxunub:3839
2019-2020-ci tədris ilində 322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait çap edilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin istifadəsində olan 116 adda dərslik və metodik vəsait məzmun və dizayn baxımından təkmilləşdirilərək yenilənib.

2020-2021-ci tədris ili üçün ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI siniflərinə ümumilikdə 339 adda 7 233 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulub.

Onlardan 260 adda 6 9121 74 nüsxəni dərsliklər, 79 adda 321 040 nüsxəni isə metodik vəsaitlər təşkil edir. Bu kağız dərsliklər əsasında 48 adda yeni elektron dərsliyin hazırlanması, 46 adda mövcud elektron dərsliyin isə təkmilləşdirilmiş kağız dərsliklərə uyğunlaşdırılması həyata keçiriləcək.

Bununla yanaşı, dövlət peşə təhsili müəssisələri üçün ümumilikdə 96 adda 185 699 nüsxə dərsliyin çap edilməsi nəzərdə tutulub.

Azvision.az


Teqlər: Dərslik  





Xəbər lenti