Bağdadda partlayış - 20 ölü

Bağdadda partlayış - 20 ölü
  14 Yanvar 2014    Oxunub:932
Bağdadda avtomobilin partladılması nəticəsində 20-dək insan ölüb.
Bu gün İraqın paytaxtı Bağdadda bir neçə avtomobilin partladılması nəticəsində ən azı 20 nəfər ölüb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, tək Bağdadın Şaab rayonunda baş vermiş partlayış nəticəsində 11 nəfər ölüb, 30-u yaralanıb.

Partlayışların dəqiq sayı daxil olmaqla, digər təfərrüatlar barəsində məlumat yoxdur.

Xatırladaq ki, BMT-in baş katibi Pan Qi Mun yanvarın 13-də Bağdada gəlib.


Teqlər:  





Xəbər lenti