17 mindən çox tələbənin təhsil haqqını dövlət ödəyir

 17 mindən çox tələbənin təhsil haqqını dövlət ödəyir
  13 İyun 2020    Oxunub:3970
17 mindən çox tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Bu barədə Azvision.az -a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan 17 120 nəfər məcburi köçkün statusuna malik olan, valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin uşaqları, I və II dərəcə əlilliyi olan, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək tələbələrin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Azvision.az



Teqlər: Tələbə   Təhsilhaqqı  





Xəbər lenti