Azərbaycan təhsil platforması UNESCO-nun rəsmi siyahısında

Azərbaycan təhsil platforması UNESCO-nun rəsmi siyahısında
  13 İyun 2020    Oxunub:3703
Pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESCO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, dünyada COVID-19 pandemiyasının yayılması ilə əlaqədar UNESCO-nun rəsmi saytında şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısı təqdim olunub.

Ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platforması da bu siyahıya daxil edilib.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti