Ombudsmanda işçi qrup yaradıldı
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Biznes və insan hüquqları üzrə İşçi qrupunun məqsədinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquqlarına hörmət və riayət olunmasının təmin edilməsi, pozuntu hallarının aradan qaldırılması, bu fəaliyyətin inkişafında yeni istiqamətlərin müəyyən olunması, qeyd olunan sahədə dövlət nəzarətinin və məsuliyyətin gücləndirilməsi, 27 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" ölkə Prezidentinin Sərəncamından irəli gələn müvafiq vəzifələrin icra edilməsi, beynəlxalq hüquq normaları və prinsiplərinin milli qanunvericiliyə tətbiqinin təmin edilməsindən ibarət olduğunu qeyd edib.
Müvəkkil bu sahədə maarifləndirmə işinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib, sahibkarlar, işə götürənlər və işçilər, istehlakçılar üçün hüquqi maarifləndirici nəşrlərin, reklam çarxlarının hazırlanmasının və yayılmasının vacibliyini vurğulayıb.