Kliçkonun prezidentlik yolunda əngəl

Kliçkonun prezidentlik yolunda əngəl
  14 Yanvar 2014    Oxunub:1047
Vergi məcəlləsindəki yeni dəyişiklik onun prezidentlik ambisiyalarına son qoya bilər.
Ukrayna Ali Administrasiya məhkəməsi Vergi məcəlləsinə edilən dəyişikliyi ləğv etməkdən imtina edib.

Bu dəyişiklik ilk növbədə UDAR partiyasının sədri Vladimir Kliçkonun prezidentliyə namizəd olmasına əngəl yaradır. Məhkəmə Vladimir Kliçkonun Ali Radaya və prezident Viktor Kliçkoya qarşı qaldırdığı iddianı geri çevirib.

Xatırladaq ki, oktyabrın 24-də Rada Vergi məcəlləsinə dəyişikliklər edib. Dəyişikliyə əsasən “əgər ölkə vətəndaşı xarici ölkədə daimi yaşamaq hüququna malikdirsə, həmin şəxs Ukraynada yaşamayan şəxs sayılmalıdır”.

Bu qanun Almaniyada yaşamaq hüququna malik olan və bir müddət orada vergi ödəyən Vitali Kliçoya şamil oluna bilər. UDAR partiyası yeniliyi fraksiya liderlərinə qarşı təxribat kimi dəyərləndiriblər. Onlar hesab edirlər ki, dekabrın 16-da prezidentliyə namizəd olacağını açıqlayan Vitali Kliçko üçün bu süni əngəl yaradır.

Eks-Ploşa prezidenti Lex Valensa isə hesab edir ki, Kliçko hələ də prezidentliyə hazır deyil.
“Ukraynanı rinqdə boks döyüşünü idarə etdiyin kimi idarə etmək olmaz. Kliçkonun idarəetməyə hazır olmadığı fikrindəyəm”.

Valensanın fikrincə, o, hakimiyyəti ələ alsa tez də itirəcək.
“Küçələr səni qaldırdığı kimi hakimiyyətdən də sala bilər”.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti