27 Nobel laureatı Putinə məktub yazıb

27 Nobel laureatı Putinə məktub yazıb
  14 Yanvar 2014    Oxunub:1206
Onlar aktyor İen Makkellen və kimyaçı Harold Krotonun “homoseksualizmə qarşı” Rusiyada mövcud olan qanunun ləğvi barədə müraciətinə dəstək olublar.
AzVision.az xəbər verir ki, İngiltərənin “The İndependent” qəzetində yer alan məktub Rusiyada azyaşlılar arasında homoseksualizmin təbliğinə qadağa qoyan qanunun zorakılığa və homoseksuallar arasında intiharlara səbəb olacağını bildirir.

Rusiya prezidentinə ünvanlanan məktuba Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Con Maksvell Kutzee, Tibb üzrə laureat ser Pol Ners və s. daxildir.
“Etiraz heç zaman asan olmur lakin biz inanırıq ki, yeni qanunla razılaşmadığımızı ifadə etməklə Rusiya hökümətini XXI əsrdə əvvəllər Mixail Qorbaçovun çətinliklə müdafiə etdiyi humanitar, siyasi və demokratik prinsipləri qorumağa sövq edə biləcəyik”.

“X adamlar” və “Üzüklər sahibi” və “Hobbitlər” kino epopeyalarının əsas simalarından oğlan, aktyor İen Makkelan isə əksər Rusiya kinofestivallarına qonaq ola bilmədiyin bildirib. Əsas səbəb kimi isə açıq şəkildə homoseksual olduğunu diqqətə çatdıran aktyor buna görə Rusiyada təqib oluna biləcəyini əsas səbəb göstərib.

Xatırladaq ki, Putin adı çəkilən qanunun keçən ilin iyununda imzalamışdı. Yetkinlik yaşına çatmayanlar arasında homoseksualizmi yayan fiziki şəxslər 4 min rublda 1 milyon rubla qədər cərimə oluna bilər. KİV üçün isə bu cərimə 100 min rubldan başlayacaq.

Vüqar İsmayılov




Teqlər:  





Xəbər lenti