38 cinayətkar ələ keçdi

38 cinayətkar ələ keçdi
  16 Mart 2013    Oxunub:1150
Martın 15-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 71 cinayət faktından 33-nün üstü “isti izlər”lə açılıb.
Həmçinin ötən günlərdən bağlı qalmış 6 cinayətin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 8 yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər dünyasını dəyişib, on bir nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 38 nəfər tutulub.


Teqlər:





Xəbər lenti