Oland həyat yoldaşına xəyanətini etiraf etdi

Oland həyat yoldaşına xəyanətini etiraf etdi
  14 Yanvar 2014    Oxunub:1195
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Olland aktrisa Juli Qaye ilə sevgi münasibətlərində olduğunu etiraf edib.

Lakin onun vətəndaş nigahında olduğu Valeri Trierveyler həyat yoldaşını bağışlaya biləcəyini istisna etməyib. Xəyanət barədə xəbər yayıldıqdan sonra Trierveyler depressiyaya düşərək xəstəxanaya yerləşdirilmişdi. Oland isə öz növbəsində `şəxsi həyatına müdaxilə` ittihamı ilə “Closer” dərgisini məhkəməyə verəcəyini bildirmişdi.

Lakin analitiklərin fikrincə, mətbuatla açıq toqquşma prezidentin imicinə daha çox zərər verəcək.

Oland bu gün mətbuat qarşısına çıxaraq, jurnalistlərin sualları cavablandıracaq.

Brifinq zamanı Fransa prezidenti, ölkədəki işsizlik problemləri ilə bağlı öz planını təqdim edəcək. Siyasi ekspertlərin fikrincə, brifinqdə daha çox Ollandın şəxsi həyatı ilə bağlı suallar veriləcək.

Xatırladaq ki, ictimai rəy sorğusu 89% fransızın Fransua Olandı prezident kimi görmək istəmədiyini göstərir. Bu, son 45 ildə Fransa prezidentinə olan ən aşağı etimad göstəricisidir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti