“Avro-2020”: Bakıda keçiriləcək oyunların vaxtı açıqlandı

     “Avro-2020”:    Bakıda keçiriləcək oyunların vaxtı açıqlandı
  17 İyun 2020    Oxunub:6894
Futbol üzrə Avropa Çempionatının (“Avro-2020”) təqvimi açıqlanıb.
Azvision.az xəbər verir ki, gələn ilə planlaşdırılan çempionata Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.

Belə ki, “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunları, həmçinin dörddəbir final mərhələsinin bir matçı Bakı Olimpiya Stadionunda baş tutacaq.



Bu gün qəbul olunmuş qərara əsasən, İsveçrə-Uels oyunu iyunun 12-də, Türkiyə-Uels qarşılaşması ayın 16-da, Türkiyə-İsveçrə matçı iyunun 20-də təşkil olunacaq.

Bundan başqa, Bakıda keçiriləcək dörddəbir final mərhələsinin bir görüşü iyulun 3-nə təyin olunub.

Qeyd edək ki, futbol üzrə Avropa Çempionatı gələn il iyun ayının 11-dən iyulun 11-dək keçiriləcək.

Azvision.az


Teqlər: Avropa-Çempionatı  





Xəbər lenti