24 Naxçıvan məktəblisi olimpiadanın qalibi oldu

24 Naxçıvan məktəblisi olimpiadanın qalibi oldu
  18 İyun 2020    Oxunub:2647
İstedadlı şagirdlərin aşkara çıxarılmasında və təlimdə sağlam rəqabətin yaradılmasında Respublika fənn olimpiadasının müstəsna əhəmiyyəti var. Bilik yarışına xüsusi istedada və hazırlığa malik IX, X və XI sinif şagirdləri qatılıblar.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, olimpiadanın nəticələrinə əsasən muxtar respublikanın şagirdləri yüksək uğurlar qazanıb, şagirdlərdən 4-ü qızıl, 7-si gümüş, 13-ü isə bürünc olmaqla ümumilikdə 24 nəfər qalib elan olunub. Qaliblərin 5-i IX sinif, 4-ü X sinif, 15-i isə XI sinif şagirdləridir. Respublika fənn olimpiadalarında əldə edilən 24 medalın 13-ü Naxçıvan şəhərində yerləşən məktəblərin, 11-i isə rayon məktəblərinin payına düşür.

Azvision.az


Teqlər: Naxçıvan   Məktəbli  





Xəbər lenti