“Həyat yoldaşım polisdir, evə girən kimi spirtlənir” - Xalq artisti

 “Həyat yoldaşım polisdir, evə girən kimi spirtlənir” -  Xalq artisti
  18 İyun 2020    Oxunub:10343
"Bir də görürsən ki, bəzi vətəndaşlar maşının şüşəsini açıb, zibili yerə atırlar. Belə etmək olmaz. Bu, mədəniyyəsizlikdir".
Bunu Azvision.az -a Xalq artisti Mələkxanım Əyyubova deyib.

Xanəndə bildirib ki, koronavirusa qarşı mübarizədə ənənəvi üsullarından istifadə edir: "Bizim evdə bir qayda var ki, müstəsna hallarda həmişə maskalardan istifadə edirdik. Adətən çantamda spirt olur. Ona görə bizim üçün çətin deyil. Ailəmiz gigiyenik qaydalara həmişə əməl edib, indi bir az da gücləndirmişik. Həyat yoldaşım polis əməkdaşıdır, insanlarla ünsiyyətdədir. Ona görə də maskasız olmur. Evə gələndə, içəri girən kimi spirtlənir.

Bundan başqa, immuniteti gücləndirmək üçün qidalar hazırlayıram. Əsas limon, bal və zəncəfili qarışdırıb çox gözəl bir dad alıram. Süfrəmizdən əskik olmur. Ailəmi virusdan bu cür qoruyuram. Hara gedirəm maskadan istifadə edirəm, yaxın təmasda olmuram. Çoxları virusa inanmır. Amma inanmasalar da, özlərini qorusunlar. Biz təmizliyimizi tək virusa görə etməməliyik, bu, adət halına keçməlidir. Bir də görürsən, maşının şüşəsini açıb zibili yerə ayırlar. Bu, onun mədəniyyətsizliyidir. Bəzən əlimdə zibil qabına atılacaq nəsə olub, mən onu sumkama qoymuşam, harada qarşıma qutu çıxıb, orada atmışam. Məni kimsə görməsə də, zibili yerə atmağa vicdanım yol verməyib. Elə şeylər var ki, insanların daxilindən gəlməli və mədəniyyətə çevrilməlidir. Gərək elə bizi cərimələsinlər?".

M. Əyyubova, həmçinin həftəsonu qadağalarında darıxmadığını söyləyib.

"Həftəsonu qadağalarında köməkçim olmur, ev işlərini özüm görürəm. Qızım Nəzrin cürbəcür şirniyyatlar bişirir. Bilmirəm gün haradan gəlib, hara gedir. Uşaqların yeməyi, səliqəsi ilə məşğul oluram. Boş vaxtım qalanda piano arxasına keçirəm, qarmonda ifa edirəm. Yəni vaxtım səmərəli keçir. Evə bağlı xanımam. Evi xoşlayıram. İndi Bakıdayam.Yoldaşıma görə rayona getmirəm, onun işi bura ilə bağlıdır. Həm də efirlərə çıxıram.

Həftə içi gündə bir dəfə saat yarım dəniz kənarında gəzirəm, evdə idman edirəm.
Yuxudan duranda bir- iki saat özümlə məşğul oluram. Maskalar qoyuram, kremlərdən istifadə edirəm".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: MələkxanımƏyyubova   Xalqartisti  





Xəbər lenti