Erməni cinayətkarlar Moskvada həbs edildi

Erməni cinayətkarlar Moskvada həbs edildi
  17 Mart 2013    Oxunub:1283
Moskvada 19 erməni həbs edilib.
Rusiyanın birinci kanalının məlumatına görə, 19 erməni polis bölməsinə gətirilib. Onların həbsi üzrə əməliyyat mərhələli şəkildə həyata keçirilib. Əvvəlcə Moskva xüsusi təyinatlıları 13 ermənini həbs edib. Axtarışlar zamanı onların üzərində odlu silah və narkotik maddə aşkar edilib. Bir qədər sonra daha 6 erməni də saxlanılıb.

“ Təslim olmaq istəməyən ermənilər bir mənzilə sığınaraq fəal müqavimət göstərirdilər. Həmin mənzili mühasirəyə aldıq. Məcburən hücum edərək onları həbs etdik. Həmin mənzildən odlu silah,eləcə də bomba aşkar etdik. Hazırda onların digər havadarlarının axtarışları davam edir”-deyə Rusiyanın Daxili İşlər Nazirliyinin zabiti bildirilib.

Xatırladaq ki, fevralın 8-də Smolensk bulvarında yerləşən restoranların birində atışma olub. Qarşıdurmada 40 nəfər iştirak edib. Həbs edilənlər həmin atışmada iştirak edən ermənilərdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti