BDU-nun dosenti vəfat edib

BDU-nun dosenti vəfat edib
  23 İyun 2020    Oxunub:3374
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosenti Allahverdi Doluxanov vəfat edib.
Azvision.az xəbər verir ki, Allahverdi Doluxanov 69 yaşında dünyasını dəyişib.

O, 1976-1981-ci illərdə Rostov vilayəti Novoçerkassk şəhərində Mühəndis Melioratorlar İnstitutunun Meşə təsərrüfatı fakültəsində təhsil alıb. 1987-1991-ci illərdə Moskva Ümumittifaq Elmi tədqiqat Meşə təsərrüfatı və Meşə mexanizasiya İnstitutunda “Genetika, seleksiya və yaşıllaşdırma” ixtisasında aspiranturada təhsil alıb. "Aqroekologiya", "Regionların sosial-iqtisadi inkişafının ekoloji əsasları", "Meşəçilik və meşə ekologiyası" fənlərini tədris edib.

2002-ci ildən BDU-da çalışan A.Doluxanov 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Azvision.az


Teqlər: BDU  





Xəbər lenti