Moskvada Azərbaycan vətəndaşını öldürdülər
Rusiya hüquq-mühafizə orqanlarından bildirilib ki, “Yanvarın 14-də Moskva vaxtılə saat 22:36-da polisə 2-ci Kotlyakovski döngəsi, ev 1 ünvanında insident baş verdiyi haqda məlumat daxil olub. Hadisə yerinə gedən polislər bir nəfərin bıçaqlanaraq öldürüldüyünü aşkar ediblər. Onun Azərbaycan vətəndaşı olduğu müəyyənləşdirilib. Cinayətin təfərrüatları araşdırılır”.
Qətlin meyvə-tərəvəz bazasında məişət zəminində baş vermiş mübahisə zamanı törədildiyi bildirilir.
Səbinə Həsənova
Teqlər: